qanlı bifşteks (qızardılmış ət)

a rare steak кровавый бифштекс
qanlı-bıcaq olmaq
qanlı görsə qan ağlar
OBASTAN VİKİ
Bifşteks
Bifşteks — qızardılmış ətin sümüksüz bir parçası. == Ərzaq == Sümüksüz mal əti (bifşteks)-1kq Kərə yağı-2 x.q. Soğan-1 ədəd Kök-1 ədəd Cəfəri-1 dəstə Kartof-1dəstə Sarımsaq-2 diş Qırmızı şərab-0,5 stəkan Tomat-1 x.q. Dəfnə yarpağı-1 ədəd Duz və istiot zövgə görə == Hazırlanması == Bifşteksləri yağda qızardıb, kənara qoyun. Sonra bifşteks qızartdığınız yağa xırda doğranmış soğan, sarımsaq, kök, cəfəri, kartof və dəfnə yarpağını töküb qızardın. Tərəvəzlər bişdikdən sonra üzərinə tomat pastası, qırmızı şərab, duz və istiot əlavə edin. Qızardılmış bifşteksləri başqa bir tavaya qoyub, 1 xörək qaşığı yağ, tərəvəz qarışığını və 4 stəkan suyu üzərinə töküb, onları bişirin. Süfrəyə kartof püresi və ya plovla birlikdə verin.
Qızardılmış badımcan
Ət
Ət — canlılarda sümüklə dəri arasında maddə. Ət dedikdə hər şeydən əvvəl skelet əzələləri və onlara birləşmiş yağ və toxumalar başa düşülür. Bəzən dil, qaraciyər, böyrək, beyin, ürək, diafraqma, baş əti və qida borusu da ət adlanır. Bir çox heyvan, quş və balıq ətindən qida məhsulu kimi istifadə olunur.
Qanlı
Qanlı — Qərbi Azərbaycanın (indiki Ermənistan) Göyçə mahalında kənd. Qanlı kəndinin yaranma tarixi XIV əsrin sonu (1387), XV əsrin əvvəlinə (1410) təsadüf edir. Kəndin yaranması və ilk adı olan Qanlı sözünün mənası iki əsas mənanı kəsb edir. 1. "Dədə Qorqud" dastanını təşkil edən 12 Türk boylarından biri "Səlcuq" Türkərinin nəslindən olan "Kanlı" qolunun adı ilə bağlıdır. 2. Qanlı sözünün ikinci mənası isə deyilənlərə görə Qazax mahalından Göyçə mahalına gələn Qanlı Allahverdinin adı iıə bağlıdır. Qanlı Allahverdi kəndin himini salarkən bol sulu, münbit torpağa və eləcə də maldarlıq üçün əhəmiyyətli olduğunu görərək həmin yeri özü ilə birlikdə gələn qohumlarına daimi yaşayış yeri seçmişdir. Qanlı Allahverdi kənddə özündən sonra məskunlaşan kənd sakinlərindən biri ilə dalaşaraq həmin adamı öldürmüşdü. O, qan tökdüyünə görə həmin gündən ailəsi ilə birlikdə kənddən köçərək Azərbaycanın Kəlbəcər rayonunun indiki Qanlı kəndinin bünövrəsini salmış və ömrünün sonuna qədər orada yaşamışdır.
Qızardılmış şir kəllələri
Qızardılmış şir kəllələri — Kələm yarpaqlarının yanında olan qızardılmış ət parçaları şir kəlləsinə bənzədiyinə görə yemək belə adlanır. Rəvayətə görə, yeməyin müəllifi Yançjoudakı bir qadınmış. mal əti - 500 qram iri çiy krevetkalar - 7-8 ədəd qurudulmuş "şiitake" göbələkləri - 10 ədəd balaca kələm - 1 ədəd toyuq bulyonu - 150-200 ml göy soğan - 3-4 ədəd zəncəfil kökü - 3 sm şəkər tozu -1 xörək qaşığı ağ şərab - 1 xörək qaşığı küncüt yağı - 2 çay qaşığı nişasta duz istiot Şiitake göbələklərini qaynar suda 30-60 dəqiqə saxlayın, sonra xırda doğrayın. Krevetkalarıt iri tikələrlə doğrayın. Soğanı da bu formada doğrayın. Zəncəfili təmizləyin və xırda doğrayın. Mal ətini kiçik tikələrə kəsib blenderdə farş vəziyyəti alana qədər doğrayın. Ora krevetka, göbələk, göy soğan, şəkər tozu, zəncəfil, ağ şərab, soya sousu və bir qədər nişasta əlavə edin. Duzlayın və zövqünüzdən asılı olaraq, istiot əlavə edin. Farşı yaxşıca qarışdırıb yarım saatlığa soyuducuya qoyun.
Təndirdə qızardılmış cücə
Təndirdə qızarldılmış cücə (toyuq) Azərbaycan və Hindistan mətbəxlərinə aid olan dadlı yeməklərdən biridir. Cücə - 200q. Xama – 10q. Limon – 15q. Pomidor - 50q. Baş soğan – 30q. Keşniş – 25q. Cəfəri – 25q. İstiot – zövqə görə. Duz – zövqə görə.
Təndirdə qızardılmış kütüm
Təndirdə qızardılmış kütüm — Azərbaycanın milli yeməyi. Azərbaycanın cənub bölgələrində daha çox bişirilir. Süfrəyə narşərab və ya limon suyu ilə verilir. Kütüm balığı – 250 q. Pomidor – 50 q. Xiyar – 50 q. Baş soğan – 30 q. Keşniş – 15 q. Narşərab – 15 q. İstiot – zövqə görə.
Qızardılmış çörək qırıntısı
Qızardılmış çörək qırıntısı, suxari, və ya çörək qırıntısı yeməklərin tərkibinə çörək qırıntıları və ya xırda hissəciklər əlavə etmək, güvəclərin üstünə qoymaq, quş ətlərinin içlərinin doldurulması, güvəclərin daha da qalınlaşdırılması, şorbalara, küftələrə və bu kimi qidalara ucuz kütlə əlavə etmək və xüsusilə qızardılmış yeməkləri xırtıldayan etmək üçün istifadə olunmaq üçün nəzərdə tutulmuş olan dilimlənmiş quru çörək hissəcikləridir.
Turşulu ət
Ət-Tirmizi
Məhəmməd ibn Əli Əbu Abdulla əl-Hakim ət-Tirmizi (ərəb. الحسين الترمذي‎‎; təxm.755 — 869) — sufiliyin məşhur nümayəndələrindən biri, səksənə yaxın əsərin müəllifi. Dərin biliklərinə və geniş dünyagörüşünə görə əl-Hakim (müdrik) fəxri adına layiq görülmüşdür. Məhəmməd ibn Əli Əbu Abdulla–əl Hakim ət–Tirmizi şərqi İran sufizminin ən böyük nümayəndələrindən biri olmuşdur. Termez şəhərində doğulma tarixi məlum olmasa da «avtobioqrafiyasına» görə 8 yaşından başlayaraq çox ciddi səylərlə dini elmlərə yiyələnməyə çalışmışdır. İyirmi səkkiz yaşında Məkkə şəhərinə getmişdir. Məkkə ziyarətindən qayıdan Ət– Tirmizi sufi yolunu tutmuşdur. Özünü insanlardan təcrid edən Ət– Tirmizi mistik traktatları öyrənməyə başlamışdır. Sufizm– islamda mistik– asketik cərəyan hesab olunur və onun haqqında saysız– hesabsız kitab və məqalələr yazılmış və yenə də yazılmaqdadır. Artıq o çoxdandır islamşünaslığın müstəqil bir sahəsinə çevrilmişdir.
Ət-Təbəri
Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri (ərəb. أبو جعفر محمد بن جرير بن يزيد الطبري‎) — orta əsr müsəlman alimi, tarixçi, səyyah. Əsərlərini ərəbcə yazmışdır. Əbu Cəfər Məhəmməd ibn Cərir ibn Yezid ibn Kəsir ibn Ğalib Təbəri Təbəristanın Amul şəhərində doğulmuşdu, ulu babaları iranlı idi. 7 yaşında ikən Quranı əzbərləmiş Təbəri müqəddimat təhsilini öz şəhərində alır, sonra Rey şəhərinə gedib, biliyini təkmilləşdirir. O, Bəsrə və Kufə şəhərlərində, habelə, Misir və Şamda hədis ustadları ilə görüşür, sonra Bağdadda məskunlaşır. Təbəri tarix və təfsir elmlərində misilsiz bacarıq sahibi idi. O, hədis elmini mükəmməl bildiyindən, öz əsərlərində hədislərin analizinə də yer ayırır, hər hansı məsələ barədə irəli sürülən nəzəriyyələr içindən ən düzgün saydığı variantı əsaslandırmağa çalışırdı. Təbəri fiqh sahəsində də yeniliklər etmiş və atasının adı ilə adlandırdığı "cəririyyə" məzhəbinin əsaslarını işləyib-hazırlamışdı. Lakin cəririyyə məzhəbi digər fiqh məktəblərinin rəqabəti qarşısında davam gətirməyib, qısa müddət ərzində unuduldu.
Ət-Təvvab
Ət-Təvvab (ər. التوّاب) — Allahın adlarından biri.
Ət Tibyan
"Ət-Tibyan fi təfsiril-Quran" hicri V əsrin böyük fiqh, hədis və kəlam alimi Şeyx Tusi kimi məşhur olan Muhəmməd ibn Həsən Tusinin yazdığı bir təfsirdir. Rəvayətləri nəql etməklə yanaşı, əqlə arxalanıb müxtəlif elmlərə diqqət yetirməklə özündən əvvəlkilərin və müasirlərinin təfsir görüşlərini dəyərləndirmişdir. Bu baxımdan Quran təfsiri ilə bağlı müxtəlif elmləri o cümlədən, sərf, nəhf, hədis, kəlam və tarix kimi elmləri əhatə edir. Bu təfsirdən öncə şiə təfsirçilər yalnız səhabə və ya İmamlardan (ə) rəvayətləri nəql etməklə və həmçinin lüğətlə bağlı bəzi məsələlərə işarə etməklə kifayətlənirdilər. Nümunə kimi Furat Kufinin, Əyaşinin, Əli ibn İbrahim Quminin təfsirlərini göstərmək olar. Əhli sünnət təfsirçiləri arasında da yalnız Təbəri başqalarının görüşlərini nəql etməklə yanaşı, onların tənqidinə və öz baxımından daha səhih olan rəvayətlərin seçiminə girişmişdir. "Ət-Tibyan fi təfsiril-Quran" surələrin tərtibinə əsasən bütün Quranın təfsiri olub 10 cilddə qələmə alınmışdır. Mufəssir hər surənin başlanğıcında onun adlarına, məkki və ya mədəni olmasına, nasix və mənsux ayələrin onda olub-olmamasına işarə etmiş, daha sonra qiraət ixtilaflarını, sözlərin lüğəvi mənalarını, ayələrdəki qrammatik məsələləri araşdırmış və nəhayət ayələrin tam mənasını şərh və təfsir etmişdir.
Ət qutabı
Ət (quzu və ya dana əti ilə) qutabı - Azərbaycan milli mətbəxinə aid yeməklərdən biri. Türkiyə və İran milli mətbəxində də aid edilir. Qədimdə dəvə ətindən hazırlanırdısa, müasir dövrümüzdə əsasən dana və qoyun ətindən bişirilir. 400 qr quzu və ya dana əti, 2 baş soğan, 20 qram lavaşana və ya 40 qr nar, 440 qr buğda unu, 100 qr yağ, sumaq, darçın, duz istiot zövqə görə. Ələnmiş una su və duz qatılıb bərk xəmir yoğrulur, sonra 1 mm qalınlığında yayılır. Boşqab ölçüsündə dairələr kəsilir. Yumşaq quzu və ya dana əti maşından soğanla birlikdə çəkildikdən sonra içinə lavaşana və ya nar əlavə edilib qarışdırılır. Xəmirdən kəsilmiş dairələrin bir tərəfinə çəkilmiş ət qoyulub o, biri tərəfi üstünə qatlanır, aypara şəklinə salınır, kənarları bükülür və qızdırılmış tavada yağda qızardılır. Süfrəyə verilən zaman qutabın üstünə sumaq səpilir.
Ət işarəsi
@ işarəsi — elektron poçt simvolu @ işarəsi xüsusi işarə olub, əsasən elektron ünvanlarda istifadə edilir. Kompüter və İnternet istifadə edən hər kəs "@" işarəsini bir şəkildə istifadə edir. “@” işarəsini koreyalılar “ilbiz”, ruslar, ukraynalılar, moldavanlar “sobaçka” (balaca it), , türklər “qızılgül”, finlandiyalılar “yatmış pişik”, macarlar “qurd”, çinlilər “siçan balası” və s. kimi adlandırırlar. Çində "@" heroqlifi həm də "ay ta" kimi oxunur və mənası "onu sev" deməkdir. @ işarəsinin məlum olan ilk istifadəsinə 4 may 1536-cı ildə Francesco Lapi adlı florensiyalı bir tacirin yazdığı bir məktubda rast gəlinmişdir. Lapi yazdığı məktubunda İspaniyadakı şərab qiymətlərindən bəhs edərkən @ işarəsini istifadə etmişdi. O zamanlarda, bir çəlləyin 1/13 hissəsinə uyğun gələn, ticarət ölçü vahidi olaraq istifadə edilən @, daha sonra texnologiyalara da daxil oldu. Zaman üçün istifadəsi dəyişən işarə bir müddət sonra müəyyən bir məhsulun vahid qiymətini ifadə etmək üçün istifadə edilməyə başlandı. Yəni insanlar artıq "dənəsi 5 manatdan 10 məhsul" kimi bir tərif istifadə etmək yerinə "10 məhsul @ 5 manat" deməyə başladılar.
Qanlı (Kəleybər)
Qanlı (fars. قانلو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 98 nəfər yaşayır (18 ailə).
Qanlı (Xudabəndə)
Qanlı (fars. قانلي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 324 nəfər yaşayır (58 ailə).
Qanlı Bazar
Qanlı Bazar (türk. Kanlı Pazar) - 16 fevral 1969 tarixində İstanbul Taksim meydanında ABŞ-nin 6 Flotunu etiraz etmək üçün 76 gənclik təşkilatının toplandığı sırada meydana gələn hadisələrdir. Tarixçi Feroz Əhməd isə hadisəsi "mütəşəkkil bir faşist şiddət nümunəsi" olaraq xarakterizə etmişdir. 6 Flotun İstanbula gəlişini etiraz edən Ankara, İzmir, Trabzon və İstanbuldakı kiçik diametrli göstərilərin ardından, şagird və işçi təşkilatları 16 Fevralda İstanbulda İmperializm və istismara qarşı bir gediş və Mitinq etmə qərarı aldı. 76 gənclik təşkilatının qatılacağı nümayiş üçün qubernatorluqdan lazım olan icazə də alınmışdı. Nümayiş edilmədən əvvəlki günlərdən gərginlik artmışdı, çünki 14 fevraldakı Cümə namazından sonra Kommunizmlə Mübarizə Dərnəyi ilə sağ tərəfin yoxlamasında olan Milli Türk Tələbə Birliyinin liderliyində "Bayrağa hörmət" mitinqi təşkil edildi. Bu mitinqdə kommunistlərə qarşı döyüş açıldığı elan edilərək xalqa iki gün sonra təşkil ediləcək olan 6 Flotu Etiraz Gedişində kommunistlərə lazım olan dərsi vermək üzrə toplanma çağırışı edildi. 16 fevral günü, nümayişçilər Bölünməyə doğru gedişə keçmək üzrə Beyazıtda toplanarkən, "kommunistlərə lazım olan dərsi vermə" çağırışına uyğun gələn sağ fikirli kəslər də Bölünmə Meydanına gəldilər. Burada toplu qılınan namazın ardından daşlı və çubuqlu bir şəkildə gözləməyə qoyuldular. Bəyazit Meydanında toplanan gənclik təşkilatları gedişə keçdilər.
Qanlı Milad
Qanlı Milad — 20 dekabr və ya 21 dekabr 1963-cü ildə Kipr türklərinə qarşı silahlı hücumlara verilən addır. Bu adada icmalararası qarşıdurmaların başlanğıcı hesab olunur. Hadisələrdə cəmi 364 Kipr Türkü və 174 Kiprli Yunan həyatını itirdi. İsveçrənin Sürix şəhərində Yunanıstan, Türkiyə və Birləşmiş Krallıq arasında keçirilən görüşlərdə hazırlanan konstitusiya ilə 16 avqust 1960 tarixində Kipr Respublikası müstəqil bir dövlət olaraq quruldu. Kipr Respublikasının ilk prezidenti seçilən III Makarios Kiprin 1961-ci ildə mövcud konstitusiya ilə idarə edilə bilməyəcəyini iddia etməyə başladı və 1963-cü ilin noyabrında konstitusiyaya on üç maddəyə dəyişiklik təklif etdi. Kipr Türk Birliyinin bu dəyişiklikləri qəbul etməsi üçün Kiprli Rum fanatikləri Akritas Planı adı altında adada gərginliyi artıran qəzetlər nəşr etməyə davam etdilər. 1963-cü il dekabrın 20-nə keçən gecə Nikosiyanın Tahtakale rayonunda avtomobillərə atəş açması nəticəsində Zeki Halil və Cemaliye Emirali öldürüldü. İlk başda 30 kənd hücuma məruz qaldı. Ümumilikdə 103 kəndə hücum edildi. Nikosiyanın Kiçik Qaymaqlı mahalı mühasirə altına alınmışdı.
Qanlı Toy
Qanlı toy (isp. Bodas de Sangre) - ispan yazıçı, dramaturq Federiko Qarsiya Lorka tərəfindən 1931-ci ildə yazılmış faciə janrında üç pərdəli pyes. Feliks ailəsi ilə davam edən qan düşmənçiliyində bir oğlu və ərini itirən Ananın digər oğlu evlənmək üzrədir. Bəyin istədiyi qız, Gəlin, bir neçə il əvvəl Feliks ailəsindən olan Leonardo ilə görümüş, lakin daha sonra aralarında mübahisə düşmüş və ayrılmışlar. Leonardo Gəlinin əmisiqızı ilə evlənmiş və təzəcə doğulmuş bir uşağı var. Gəlin Leonardoya qarşı ehtirasını, sevgisini saxlamış, lakin Bəylə evlənməyə razılıq vermişdir. Bəylə Gəlinin toy gecəsi qonaq kimi ailəsi ilə dəvət edilən Leonardo Gəlini də ikna edərək toydan qaçırlar. Bundan xəbər tutan Bəy və qohumlar onların axtarışına çıxır. Gecənin bir vaxtı qaçaq sevgililərin önlərini kəsən Bəy Leonardo ilə təkbətək döyüşə girir və nəticədə hər ikisi ölür. Sevgilisini itirən Gəlin, ərini itirən Gəlinin əmisiqızı (Leonardonun arvadı) və yeganə oğlunu itirən Ana öz faciələrini yaşayırlar.
Qanlı Yanvar
Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları SSRİ Ali Sovetinin Rəyasət Heyətinin "Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında" Fərmanına uyğun olaraq və siyasi müxalifət nümayəndələrinin təşkil etdiyi kütləvi iğtişaşların qarşısını almaq üçün SSRİ Konstitusiyasının 14-cü maddəsinin 119-cu bəndini rəhbər tutaraq Bakı şəhərinə daxil oldular. Respublikada vəziyyətin sabitliyinin pozulması dövrü ilk növbədə Ermənistanla Azərbaycan arasında Qarabağla bağlı ərazi mübahisəsi ilə bağlı olmuşdur. Bu, regionda idarəolunmaz vəziyyətlərin, o cümlədən etnofobiya təzahürlərinin yaranmasına səbəb olmuşdur. 1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi siyasi təşkilatı Azərbaycan milli hərəkatının rəhbəri oldu. Bunun fonunda 1990-cı il yanvarın əvvəlində və ortalarında ermənilərlə azərbaycanlılar arasında toqquşmalara çevrilmiş Bakıda kommunist hökumətinə qarşı ölkədə kütləvi nümayişlər keçirildi. Azərbaycan SSR Nazirlər Sovetinin o vaxtkı sədri Ayaz Mütəllibovun 1989-cu il dekabrın 25-də yazdığı xatirələrə əsasən, respublika KP MK-nın birinci katibi Əbdürəhman Vəzirov onu çağırıb: "O dedi ki, fəlakət yaranır və biz Moskvadan kömək istəməliyik. Bizim Daxili İşlər Nazirliyinin dəbilqə və dəyənəklə təchiz olunmuş öz daxili qoşunlarımız yox idi. Onlar ancaq Moskvadan gələn əmrlərə əməl edirdilər. Biz Daxili İşlər Nazirliyinə və Nazirlər Şurasına qoşun göndərməyi xahiş etdik, əks halda böyük fəlakət baş verə bilər". SSRİ Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov və müdafiə naziri Dmitri Yazov Azərbaycan istiqlal hərəkatının Sovet Azərbaycanı hökumətini devirmək cəhdlərinin qarşısını almaq üçün hərbi vəziyyətin zəruri olduğunu müdafiə edirdilər.
Qanlı göl
Qanlıgöl (Tərtər) — Tərtər rayonunda göl. Qanlıgöl (Yasamal) — Yasamalda göl. Qismən qurudulmuşdur. Qanlı göl (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda göl. Qanlıgöl (Vedi) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunun Qaraqoyunlu kəndində göl. Qanlıgöl (Şahbuz) — Şahbuz rayonu ərazisində göl. Qanlıgöl (Şamaxı) — Şamaxı rayonu ərazisində göl. Qanlı göl — Azərbaycan ərazisində göl. Qanlı göl olaraq da adlandırılır.
Qanlı gədik
Qanlı gədik — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda aşırım. Oronim qanlı sifəti ilə Azərbaycan dilində "dağ belində batıq", "hündür dağ arasında yol", "dağ keçidi, aşırım" mənasında işlənən gədik sözündən əmələ gəlmişdir. 1918-ci ildə ermənilər həmin ərazidə azərbaycanlıları vəhşicəsinə qırmış, qan su yerinə axmışdır. Ona görə də bu dağ keçidi Qanlıgədik adlanmışdır. Tarixi hadisə ilə bağlı yaranan mürəkkəb oronimdir.
Qanlı töyrə
Qanlı töyrə — Qazax şəhərindən 3 km Şimal-Qərbdə Eneolit və son Tunc dövrlərinə aid abidə. Uzunmüddətli yaşayış nəticəsində yaranmış təpənin hündürlüyü 4 metrdir. Qanlı töyrədə yaşayış Neolit dövründə (e.ə. V-IV minilliklər) başlamışdır. Maddi-mədəniyyət qalıqları Şomutəpə mədəniyyəti üçün xarakterikdir. Tunc dövrünün sonlarında (e.ə. II minillik) Qanlı töyrə yenidən yaşayış yeri olub. Bu dövrün arxeoloji materialları Xocalı-Gədəbəy mədəniyyətinə aiddir.
Qanlı yağış